“Azərbaycan Pakistandan 10 təyyarə alıb” - Səfir
14 Avqust, 17:22   |    Baxış sayı: 130

“Azərbaycan Pakistandan 10 təyyarə alıb” - Səfir

"Azərbaycan və Pakistan arasında hərbi əlaqələr inkişaf edir”.

Diasporpress.az APA-ya istinadən xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Səfir bildirib ki, Azərbaycanın hərbi dəstəyə ehtiyacı olarsa, Pakistan buna hər zaman hazırdır.

"Azərbaycan Pakistandan 10 təyyarə alıb. Pakistan istehsalı olan JF-17 təyyarələrini Azərbaycana verməyə hazırıq”, - deyə o əlavə edib. 

Diasporpress.az