Azərbaycanda uşağı olmayan 6559 ailə boşanıb
30 Avqust, 13:45   |    Baxış sayı: 95

Azərbaycanda uşağı olmayan 6559 ailə boşanıb

Ötən il Azərbaycanda 18 yaşadәk uşaqları olan 14857 ailәdә rәsmi orqanlar tәrәfindәn boşanma qeydә alınıb.

Dövlət Statistika Komitəsindən Diasporpress.az-a verilən məlumata görə, boşanmaların 6559-u uşağı olmayan ailələrdə baş verib. 

Ötən il boşanan 3894 ailədə bir uşaq, 4404 ailədə isə iki və daha artıq uşaqlar olub. Boşanma nəticəsində 13842 uşaq valideynlərdən biri ilə qalıb. 

Qeyd edək ki, 2017-ci ildə 18 yaşadәk uşaqları olan 14514 ailə, 2016-cı ildə 13114 ailə, 2015-ci ildə 12764 ailə, 2014-cü ildə isə 12088 ailə dağılıb. 
 
Diasporpress.az