Azərbaycanın və Polşanın xalq qəhrəmanlarının xatirəsi yad olunub
13 Oktyabr, 13:05   |    Baxış sayı: 70

Azərbaycanın və Polşanın xalq qəhrəmanlarının xatirəsi yad olunub

Polşada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti əvvəlcə Azərbaycan Ticarət Evinə baş çəkib və onların fəaliyyəti ilə yaxından tanış olublar.


Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, komitə sədri Fuad Muradov Azərbaycanın dünyada tanıdılması üçün dövlət siyasətinin tərkib hissəsi olan "Made in Azerbaijan” brendinin geniş auditoriyaya çatdırılmasında Polşadakı Azərbaycan Ticarət Evinin böyük rolu olduğuna əminliyini ifadə edib. O, bu sahədə Polşada fəaliyyət göstərən Azərbaycan diasporunun da öz töhfələrinin olacağına əminliyini ifadə edib.



Görüşdə Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov iştirak edib.

Daha sonra nümayəndə heyəti Azərbaycan və Polşa xalqlarının qəhrəman övladları - Varşavadakı Azərbaycan ordusunun hərbi xadimi, general-leytenant M.Sulkeviçin və Polşa ordusunun hərbi xadimi, polkovnik Vəli bəy Yadigarın abidələrini ziyarət edib, abidə qarşısına çələng qoyublar.



Qeyd olunub ki, bu abidə xalqlarımız arasında möhkəm dostluğun ən gözəl nümunələrindən biridir.

Tədbirin sonunda H.Həsənov Azərbaycanın Polşadakı səfirliyinin xalq qəhrəmanlarının şərəfinə təsis etdiyi rəmzi medalı Fuad Muradova təqdim edib.