Azərbaycanla Ukraynanın ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb
04 Dekabr, 13:50   |    Baxış sayı: 5058

Azərbaycanla Ukraynanın ticarət əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin şirkətləri arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi vurğulanıb.

G.Çijikov bildirib ki, Azərbaycan şirkətlərinin Ukraynanın iri layihələrində iştirakı vacibdir. Azərbaycan şirkətləri öz təcrübələrini Ukraynada tətbiq edə bilər.

E.Məmmədov isə qeyd edib ki, son 3 ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin artım tendensiyası iki ölkənin iqtisadi əlaqələrinın dərinləşdiyinin göstəricisidir. O bildirib ki, son illər Azərbaycanın iri şirkətləri Ukrayna bazarında mövqelərini möhkəmləndirib və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Tərəflər vurğulayıblar ki, dekabrın ikinci ongünlüyündə keçirilməsi nəzərdə tutulan Azərbaycan-Ukrayna Biznes Forumu ticarət və iqtisadiyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.


Diasporpress.az