Bakıda UEFA-nın “B” kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb
30 İyul, 18:38   |    Baxış sayı: 40

Bakıda UEFA-nın “B” kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb

AFFA-nın Futbol Akademiyasında UEFA-nın "B” kateqoriyalı məşqçi kursunun birinci mərhələsi başlayıb.

Diasporpress.az AFFA-ya istinadla xəbər verir ki, avqustun 2-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov, İlham Əzizzadə, Arif Əsədov, İlkin Hüseynov və Osman Rəhimovun iştirakı ilə keçirilir.

Kursun ikinci mərhələsi avqustun 12-dən 16-dək keçiriləcək.
 
Diasporpress.az