Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb
12 Noyabr, 17:28   |    Baxış sayı: 131

Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb

Noyabrın 12-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyanın paytaxtı Vyanaya səfər edib.

Səfər dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun şəhərin Dunay parkında ucaldılmış abidəsinin ziyarətindən başlayıb.

Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Avstriyada fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov və nümayəndə heyətinin üzvləri abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, görkəmli Avstriya bəstəkarı Motsartın vətənində onun azərbaycanlı həmkarı Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmış abidənin açılış mərasimi 2006-cı il mayın 30-da olub. Abidənin müəllifi tanınmış heykəltaraş, Azərbaycanın xalq rəssamı Ömər Eldarovdur.

Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb

Dövlət Komitəsinin nümayəndə heyətinin Avstriyaya səfəri başlayıb