Ərdoğan Putinin dəvətini qəbul etmədi
01 Oktyabr, 15:16   |    Baxış sayı: 112

Ərdoğan Putinin dəvətini qəbul etmədi

"RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Düşünürəm ki, üksək səviyyəli qonaqların iştirakı gözlənilmir... Bildiyimə görə, ölkələr nazirlik səviyyəsində təmsil olunacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarını 2-5 oktyabr tarixlərində Moskvada keçiriləcək Rusiya Enerji Həftəsində iştiraka dəvət edib.

Rusiya lideri, həmçinin, forum zamanı Rusiya Federasiyasının "Türk Axını” qaz boru kəməri layihəsi ilə bağlı fikirlərini paylaşacağını bildirmişdi.