Filippində bərənin yanması nəticəsində ən azı 4 nəfər ölüb
28 Avqust, 17:54   |    Baxış sayı: 83

Filippində bərənin yanması nəticəsində ən azı 4 nəfər ölüb

Filippində bərənin yanması nəticəsində ən azı 4 sərnişin ölüb, daha 39 nəfər itkin düşüb. 

Diasporpress.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, ölkənin cənubunda insanları bir sahildən o birinə daşıyan bərə suyun ortasında alışıb. Onun göyərtəsində olan 187 nəfərdən, o cümlədən 37 ekipaj üzvündən ən azı dördü ölüb. İnsanlar alovlara qərq olmuş bərədən özlərini suya atıblar. Onların bir neçəsini xilas etmək mümkün olsa da, 39 sərnişin hələ də tapılmayıb. Filippinin axtarış-xilasetmə xidməti və dalğıclar həmin şəxslərin axtarışını davam etdirirlər. Həlak olanlardan biri 2 yaşında uşaqdır. Bundan başqa, itkin düşənlərdən də yeddisi bərənin ekipaj üzvlərdir.

Bildirilir ki, bərə cənubi Cebu əyalətindəki Samboan qəsəbəsindən Dapitan şəhərinin Pulauan limanına üzürmüş.
 
Diasporpress.az