Futbol üzrə U-17 komandamız qrup mərhələsində sonuncu oyununu keçirib
30 Avqust, 11:51   |    Baxış sayı: 128

Futbol üzrə U-17 komandamız qrup mərhələsində sonuncu oyununu keçirib

Ukraynanın Kiyev şəhərində təşkil edilən Viktor Bannikov beynəlxalq turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası qrup mərhələsində sonuncu oyununu keçirib.

Diasporpress.az xəbər verir ki, latviyalı həmyaşıdları ilə qarşılaşan komandamız 0:2 hesabı ilə məğlub olub. Yığmamız avqustun 30-da Bakı vaxtı ilə saat 13:00-da yeddinci yer uğrunda görüşdə Litva millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsi çərçivəsində İsrail komandasına 0:6, Ukrayna seçməsinə isə 2:4 hesabı ilə məğlub olub.
 
Diasporpress.az