İlham Əliyev: “Əli bəy Hüseynzadənin qızının vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım”
25 Aprel, 16:39   |    Baxış sayı: 681

İlham Əliyev: “Əli bəy Hüseynzadənin qızının vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımın vəfatını dərin kədər hissi ilə qarşıladığını bildirib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu ağır itkidən kədərini bu sözlərlə ifadə edib:

 

"Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın vəfat etməsi xəbərini dərin kədər hissi ilə qarşıladım.

Feyzavər Turan Alpsar böyük mütəfəkkirin ədəbi-elmi irsinin qorunub saxlanmasında mühüm rol oynamışdır. O, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə "Dostluq” ordeni, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Allah rəhmət eləsin!”