İlham Əliyevin şəxsi hesabına Rusiyada məscid bərpa olundu
25 Yanvar, 13:15   |    Baxış sayı: 292

İlham Əliyevin şəxsi hesabına Rusiyada məscid bərpa olundu

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 26-da Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə gedəcək.

QMİ-nin mətbuat xidmətindən Diasporpress.az-a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunan Muxtarov məscidinin açılışında iştirak edəcək.

Bildirilib ki, məscid 1908-ci ildə azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilib. Qafqaz Xalqları Ali Dini Şurası üzvləri Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binasının bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ediblər. Dövlət başçısının xüsusi diqqəti sayəsində məscid bərpa olunub.

 
Açılışla eyni gündə Vladiqafqazda Azərbaycanın Rusiya, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisəyə həsr olunmuş konfrans keçiriləcək. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, tanınmış elm və din xadimləri iştirak edəcəklər. Şeyxülislam A.Paşazadə və Azərbaycan nümayəndə heyətinin üzvləri həmin konfransda çıxış edəcəkləar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Diasporpress.az