İngiltərə Premyer Liqası bu tarixdə bərpa oluna bilər
28 Aprel, 11:17   |    Baxış sayı: 4548

İngiltərə Premyer Liqası bu tarixdə bərpa oluna bilər

Koronavirusa görə dayandırılmış futbol üzrə İngiltərə Premyer Liqası iyunun 8-də bərpa oluna bilər.

"Goal” nəşrinin məlumatına görə, bunu Böyük Britaniyanın Rəqəmsal Texnologiyalar, Mədəniyyət, KİV və İdman Məsələləri naziri Oliver Dauden bildirib.


Onun sözlərinə görə, ən yaxşı ssenaridə 2019/20-ci illər mövsümünün iyunun sonunda başa çatdırılması planlaşdırılır.

Mayın 18-də isə komandaların məşq prosesinin başlanacağı gözlənilir.




DiasporPress.az