İtaliyada yeni hökuməti formalaşdırmaq yenidən Cüzeppe Konteyə həvalə olunub
29 Avqust, 12:13   |    Baxış sayı: 75

İtaliyada yeni hökuməti formalaşdırmaq yenidən Cüzeppe Konteyə həvalə olunub

İtaliya Prezidenti Serco Matarella parlament çoxluğu əsasında yeni hökumətin formalaşdırılması üçün bu yaxınlarda istefa vermiş sabiq Baş Nazir Cüzeppe Konteni dəvət edib.

Diasporpress.az "Reuters" agentliyinə istinadla xəbər verir ki, siyasi partiyaların liderləri ilə məşvərət aparan Prezident Matarella Kvirinal sarayına dəvət edilən Konteyə yeni kabineti formalaşdırmağı həvalə edib. Qeyd olunur ki, onun növbəti hökumətini "5 ulduz” Hərəkatı və Demokrat Partiyasının birgə koalisiyası dəstəkləyəcək.

Bildirilir ki, 55 yaşlı vəkil Cüzeppe Konte aktiv siyasətlə iki il əvvəl məşğul olmağa başlayıb. O, 2018-ci ilin parlament seçkilərindən sonra koalisiya hökumətinin başçısı təyin edilib. 2019-cu il avqustun 20-də Daxili İşlər naziri Salvininin hökumət koalisiyasının parçalanması barədə bəyanatından sonra istefa verən Konte indi yeni koalisiya kabinetinin tərkibini Prezidentə təqdim etməlidir. Sonra yeni hökumətin nazirlərinin parlamentdə təsdiqi olacaq.
 
Diasporpress.az