Mayamidə növbəti mədəniyyət tədbiri təşkil olunub
15 Oktyabr, 16:31   |    Baxış sayı: 66

Mayamidə növbəti mədəniyyət tədbiri təşkil olunub

Diasporpress.az xəbər veri ki, Florida ştatının Mayami şəhərində Azərbaycan-Amerika Mədəniyyət Assosiasi-yasının təşkilatçılığı ilə növbəti mədəniyyət tədbiri keçirilib. Bu dəfə Assosiasiya xalqımızın qədim oyunu olan nərd üzrə I Beynəlxalq turnir təşkil edib.

Stolüstü oyun üzrə turnirə Mayamidə fəaliyyət göstərən müxtəlif icmaların nüma-yəndələri qatılıblar. Qadınlar arasında ən yaxşı nəticəni Nabat Eminova, kişilər arasında isə Vural Çingiz göstərib. Qaliblərə müxtəlif hədiyyələr təqdim olunub.

Turnirin keçirilməsində əsas məqsəd icmalar arasında əlaqələrin gücləndirilməsi, komanda hissinin möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəniyyətimizin təbliğidir.

Qeyd edək ki, nərd oyunu qədim tarixə malikdir. Arxeoloji tapıntılara, Azərbaycanın tarixi mənbələrinə və digər mülahizələrə istinadən, nərdin ölkəmizdə VI əsrin sonu – VII əsrin əvvəllərindən oynanıldığı deyilir. 1934-cü ildə isə nərd ikinci respublika spartakiadasının proqramına daxil edilib.