Məktəbəhazırlıq qrupları bütün ölkəni əhatə edəcək
28 Avqust, 16:45   |    Baxış sayı: 85

Məktəbəhazırlıq qrupları bütün ölkəni əhatə edəcək

Məktəbəhazırlıq qruplarında uşaqların say həddi qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10, şəhərlərdəki təhsil müəssisələri üçün isə ən azı 15 uşaq müəyyənləşdirilir.

Təhsil Nazirliyindən Diasporpress.az-a verilən məlumata görə, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30-dan çox olmasına yol verilmir. Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir. 

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. 
 
Diasporpress.az