Milli Məclisin yeni sədri seçildi
10 Mart, 12:39   |    Baxış sayı: 902

Milli Məclisin yeni sədri seçildi

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası davam edir.

AZƏRTAC xəbər verir ki, iclasin sədri Ziyad Səmədzadə gündəliyi təqdim edib.

Gündəlik təsdiqləndikdən sonra Milli Məclis Sədrinin seçilməsi məsələsi müzakirə olunub.


Qeyd edilib ki, Yeni Azərbaycan Partiyası tərəfindən deputat Sahibə Qafarovanın Milli Məclisə sədri kimi namizədliyi irəli sürülüb.

Sahibə Qafarova Yeni Azərbaycan Partiyasının Sədrinə və partiya üzvlərinə təşəkkürünü bildirib.

Sonra səsvermə olub və 116 səs leyinə olmaqla Sahibə Qafarova Milli Məclisin sədri seçilib.


Diasporpress.az