Odessadakı tələbələrimizə yardım göstərilib
07 Aprel, 15:13   |    Baxış sayı: 581

Odessadakı tələbələrimizə yardım göstərilib

COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış mövcud şəraitdə bütün dünyada fəaliyyət göstərən diaspor təşkilatları milli həmrəylik və yekdillik göstərməyə çalışırlar.

Bu təşkilatlardan biri də Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresidir (BUAK). BUAK karantin dönəmində çətin vəziyyətdə olan soydaşlarımıza xeyriyyəçi dəstəyini davam etdirir.

Təşkilatın Odessa nümayəndəliyi bu şəhərdə müvəqqəti yaşayan azərbaycanlı tələbələrə və digər soydaşlarımıza ərzaq yardımı göstərib. BUAK-ın işçi qrupu dəstəyin göstərilməsində iştirak edən iş adamlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, ölkələrimiz arasında uçuşların dayandırıldığı 17 mart 2020-ci il tarixindən Azərbaycanın Ukraynadakı səfirliyində yaradılmış operativ qərargahla sıx əməkdaşlığa başlayan BUAK bütün region sədrlərini, mərkəzi idarə heyətinin üzvlərini çətinliklə qarşılaşmış soydaşlarımızın dəstək kampaniyasına cəlb edib.