Pakistanda hərbi təyyarənin qəzası zamanı 17 nəfər ölüb
30 İyul, 15:03   |    Baxış sayı: 36

Pakistanda hərbi təyyarənin qəzası zamanı 17 nəfər ölüb

Pakistanda hərbi təyyarənin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb.

Diasporpress.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, təyyarə ölkənin şimalındakı Ravalpindi şəhəri üzərində təlim uçuşu zamanı qəzaya uğrayıb.

Aviaqəzadan sonra yanğın baş verib və bir neçə binanı bürüyüb. Hazırda yanğın söndürülüb.
 
Diasporpress.az