Parisdəki ənənəvi “Assosiasiyalar Forumu”nda ölkəmiz uğurla təmsil olunub
15 Sentyabr, 13:15   |    Baxış sayı: 3006

Parisdəki ənənəvi “Assosiasiyalar Forumu”nda ölkəmiz uğurla təmsil olunub

Azərbaycan mədəniyyəti və tarixi Parisin XV rayonunda keçirilən ənənəvi "Assosiasiyalar Forumu" çərçivəsində təqdim olunub.

Diasporpress.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, XV rayonun meriyasının qarşısında təşkil olunan forumda ölkəmizi Fransada fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (ADFA) təmsil edib.

ADFA-nın guşəsində Azərbaycan mədəniyyəti, incəsənəti, tarixi, adən-ənənələri, türizm potensialı barədə müxtəlif ədəbiyyat və nəşrlər, milli geyimlər, milli şirniyyat nümunələri və musiqili proqramları nümayiş etdirilib. Bu, parislilərdə və paytaxtın qonaqlarında böyük maraq doğurub. Ziyarətçilərə ADFA-nın fəaliyyəti ilə yanaşı, Azərbaycanda mövcud olan tolerant və multikultural mühitdən, Qarabağ həqiqətlərindən danışılıb və müxtəlif informativ materiallar göstərilib.

Guşələri ziyarət edənlərin arasında Parisin XV rayonunun meri Filip Qujon da olub. ADFA-nın guşəsində nümayiş olunan kitablarla maraqlanan merə Azərbaycan haqqında məlumat verilib, tarix və mədəniyyətimizə dair kitablar hədiyyə edilib.

 

Qeyd edək ki, Parisin XV rayonu (arrondissement de Vaugirard) Fransa paytaxtının 20 inzibati dairəsindən biridir. 1860-cı ildə Vojirar (Vaugirard) və Qrenel (Grenelle) şəhərlərinin Parisə birləşdirilməsi nəticəsində yaranan dairə Sena çayının sol sahilində yerləşir və paytaxt əhalisinin ən sıx məskunlaşdığı rayondur.

Diasporpress.az