02 Sentyabr, 17:44   |    Baxış sayı: 98

"Qəbələ"nin potensial rəqibləri dəqiqləşib: "Portu" və APOEL Azərbaycana gələ bilər

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək "Qəbələ”nin potensial rəqibləri dəqiqləşib.

Diasporpress.az xəbər verir ki, Avropa futbol qurumu sentybrın 3-də baş tutacaq püşkatma ərəfəsində Çempionlar Yolunda mübarizə aparacaq komandaları coğrafi prinsiplərə əsasən 4 səbətə bölüb.

Beləliklə, "Qəbələ”nin potensial rəqiblərinin sayı 7-yə enib. "Qırmızı-qaralar” püşkatmada "Saraqosa” (İspaniya), "Portu” (Portuqaliya), APOEL (Kipr), "Korona” (Polşa), "Şerif” (Moldova), "Şkendiya” (Albaniya) və "Zrinski” (Bosniya və Herseqovina) ilə birgə 1-ci səbətdə yer alacaq və ilk iki mərhələdə bu komandalardan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Yolunun I və II mərhələsinin püşkatması sentyabrın 3-də keçiriləcək və Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. 

Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. İki mərhələnin yekununda yoluna davam edəcək 8 komanda pley-offda Çempionlar Liqası Yolunun qruplarında 2-ci yeri tutan 8 kollektiv ilə üz-üzə gələcək. Pley-off oyunları 11 - 12 fevralda, 1/8 final matçları 3 - 4 martda, 1/4 finalın görüşləri isə 17 - 18 mart keçiriləcək. Yarımfinal ilə final matçları müvafiq olaraq aprelin 17-də və 20-də Nyonda baş tutacaq. Bu mərhələlərdə qaliblər bir oyunla müəyyənləşəcək.

"Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək.
 
Diasporpress.az