Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirildi - VİDEO,FOTOLAR
11 Yanvar, 21:34   |    Baxış sayı: 948

Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirildi - VİDEO,FOTOLAR

Yanvarın 11-də 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd, Rauf Arifoğlunun seçki qərargahının geniştərkibli iclası keçirildi.

Əksəriyyəti könüllü sakinlərdən ibarət 100-dən çox qərargah üzvünün iştirak etdiyi toplantıda bu günə qədər həyata keçirilən işlər barədə məlumat verildi, görüləcək işlərin planlaşdırılması aparıldı. Ölkənin tanınmış ictimai-siyasi xadimlərindən və 35 saylı Xətai üçüncü seçki dairəsi ərazisində yaşayan sakinlərdən ibarət qərargah üzvləri təkliflərini səsləndirdilər.

İclasda seçki qərargahının rəhbəri, tanınmış jurnalist Çingiz Özgür, deputatlığa namizəd Rauf Arifoğlunun vəkili və seçki platformasının həmmüəlliflərindən biri, sabiq maliyyə naziri Saleh Məmmədov, Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Xətai rayon təşkilatının sədri Sabit Kazımov, Xətai rayonunda yerləşən Mir Tağı məscidinin dini icmasının sədri Seyyid Mir Cəfər Ağa və digər qərargah üzvləri Iıçıxış edib, görüləcək işlərdən danışdılar. İclasda həmçinin Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov, Qarabağ Azadlıq təşkilatının sədri Akif Nağı iştirak edib.

Qərargahın iclası təkliflərin dinlənilməsi ilə davam edib.