Ölkə

MTRŞ: Xəbər proqramlarında gizli reklamlar aşkarlanıb

Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları aşkar olunub.

MTRŞ: Xəbər proqramlarında gizli reklamlar aşkarlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müxtəlif verilişlərdə, hətta xəbər proqramlarında gizli reklam halları aşkar olunub.

DiasporPress.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) 2019-ci il üzrə hesabatında qeyd olunub.

Müşahidələr zamanı 2019-cu il ərzində özəl yayımçılar tərəfindən teleradio yayımı haqqında qanunvericiliyin müxtəlif maddələrinin pozulması hallarına yol verildiyi məlum olub.

Televiziya kanallarının yayım zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun daha çox 35.2 (Texniki və digər vasitələrdən istifadə etməklə hazırlanmış, istehlakçının şüuruna özünün dərk etmədiyi şəkildə təsir göstərən gizli reklamın yayımlanması qadağandır) və 35.7-ci (Reklamın və teleticarətin ümumi həcmi bir saatda 12 dəqiqədən çox ola bilməz) maddələrinin tələblərinə əməl etməmələri müşahidə edilib.

Belə ki, xəbər adı altında hansısa əmtəə, kommersiya obyekti, brend haqqında reklam xarakterli süjetlərə bəzi kanalların (Xəzər TV, ATV, Lider TV, ARB) xəbər buraxılışlarında rast gəlinib.

Aparılmış monitorinqlərdə reklamın bir saata düşən həcminin qanunvericilikdə nəzərdə tutulmuş maksimumdan (12 dəqiqə) artıq olması və «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin (Sponsor və sponsor reklamı) tələblərinin pozulması halları diqqəti cəlb edib.

Xüsusən seriallarda, sponsor reklamlarında ciddi nöqsanlar var. Bəzən hətta sponsorlar serialın süjet xəttinə də daxil edilir və serialın müəyyən bir bölümü səhnələşdirilmiş şəkildə sponsorun qabarıq reklamına həsr olunur.

Bundan başqa, “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın 2.2-ci maddəsinin (Yayımlanan televiziya proqramlarının kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin yeddi faizindən çox sahəsini tutmamalıdır)  tələblərinin mütəmadi olaraq pozulması halları da aşkarlanıb.

 

DiasporPress.az