Rusiyada azərbaycanlı 44 min maska ​​alıb yerli sakinlərə paylayıb - VİDEO
31 Mart, 10:06   |    Baxış sayı: 501

Rusiyada azərbaycanlı 44 min maska ​​alıb yerli sakinlərə paylayıb - VİDEO

Rusiyanın Orenburq vilayətində yerləşən Qay şəhərində azərbaycanlı iş adamı İ.H.Məmmədov 44 min tibbi maska ​​alaraq onları təmənnasız yerli əhaliyə paylayıb.

Diasporpress.az xəbər verir ki, azərbaycanlı biznesmen martın 28-də maskaların yerli sakinlərə paylanılmasında şəxsən iştirak edib və onlardan necə istifadə olunacağını izah edib.

İş adamı hesab edir ki, virus infeksiyasına yalnız zəruri qaydalara riayət etməklə qalib gəlmək olar: "Maskalar, əlləri yumaq, hər kəsin sağlamlığı üçün məsuliyyət. Karantin qaydalarına tam şəkildə riayət olunmalıdır. Tövsiyələrə əməl etmək lazımdır. Boş bir ümidlə özünüzə təskinlik verməyin. İnanıram ki, şəhərimizdə hər şey yaxşı olacaq. Gəlin koronavirusa qarşı mübarizədə birləşək”.