Türkiyə-Azərbaycan jurnalının növbəti nömrəsi çapdan çıxıb
16 Oktyabr, 16:25   |    Baxış sayı: 70

Türkiyə-Azərbaycan jurnalının növbəti nömrəsi çapdan çıxıb

Türk dünyasında baş verən aktual və əhəmiyyətli xəbərləri, Türkiyə və Azərbaycan diasporunun fəaliyyəti haqqında məlumatları özündə əks etdirən "Türkiyə-Azərbaycan” jurnalının 2-cı nömrəsi çapdan çıxıb.

İki ölkə arasında vizaların ləğvi ilə bağlı qərar və bu qərara ictimai münasibət, "Nəsimi 650” Diaspor gənclərinin II Yay düşərgəsinin yekunları, Azərbaycan və Türkiyədə keçirilən dövlət tədbirləri, əlamətdar günlər və s. istiqamətlərdə informasiyalar və müəllif məqalələri jurnalın 2-ci nömrəsində öz əksini tapıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maddi və informasiya dəstəyi ilə nəşr olunan jurnal Türkiyədə, Azərbaycanda və dünyanın müxtəlif ölkələrində dövlət və ictimai qurumlara, diaspor təşkilatlarına pulsuz şəkildə paylanılır.

Türkiyə və Azərbaycanın birgə səsi olan jurnalın əsas qayəsini xalqlarımızın və diasporlarımızın birliyinin möhkəmləndirilməsi, vahid türk diasporunun formalaşdırılması təşkil edir.