Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrup diaspor nümayəndələri ilə görüşəcək
21 Yanvar, 16:10   |    Baxış sayı: 1337

Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrup diaspor nümayəndələri ilə görüşəcək

Ali Radanın iclasında Ukrayna-Azərbaycan parlamentlərarası işçi qrupun tərkibi təsdiq edilib. 49 nəfər deputatın daxil olduğu qrupun həmsədrləri Xalqın Xidmətçisi Partiyasından olan Valeri Koliux və Vladimir Kreidenkodur.

Diasporpress.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov iclasda çıxış edərək işçi qrup üzvlərilə ölkənin azərbaycanlı diasporunun nümayəndələri arasında görüşlərin keçirilməsinin vacib olduğunu bildirib. Həmçinin qrupun daha səmərəli fəaliyyət göstərməsi üçün qrup katibliyinə İvan Slobodianikin namizədliyini irəli sürüb.

Həmyerlimizin hər iki təkifi iclas iştirakçıları tərəfindən rəğbətlə qarşılanaraq qəbul edilib. İvan Slobodianik İşçi qrupun katibi seçilib və iclasda Ukraynadakı Azərbaycan diasporu ilə işçi qrup üzvlərinin görüşünün keçirilməsi qərara alınıb.