Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə bu günədək 28 nəfər uğur qazanıb
14 Avqust, 16:14   |    Baxış sayı: 15

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə bu günədək 28 nəfər uğur qazanıb

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

Avqustun 14-ü saat 11:40-a olan məlumata görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 28-i müxtəlif vəzifələrə uyğun bilinib.

DİM-dən Diasporpress.az-a bildirilib ki, iyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.
 
Diasporpress.az