Vitse-spikerdən çağrış
01 Aprel, 00:57   |    Baxış sayı: 633

Vitse-spikerdən çağrış

"Dostlar mən bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz, karantin vəziyyətinin, aylarla uzanmasını istəmiriksə, bu günə qədər, pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla "evdə qal” kampaniyasına qoşulmalıyıq".
OnlinePress.az xəbər verir ki,bu fikirləri parlamentdə müstəqillərin təmsilçisi vitse-spiker Adil Əliyev sosial şəbəkədən xalqa səslənən zaman bildirib.
Adil Əliyev qeyd edib ki,sosial təcridetmənin, virusun qarşısını almaq üçün, cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalı və əməl etməlidir.
"Təəssüf edirəm ki, bəzi insanlarımız hələ də məsuliyyətsiz münasibət bəsləyirlər. Hamımız dərk edirik ki, kasıb, az təminatlı, İşləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin , hökumətimizin nəzarətindədi. Sosial paketlər, hazırlanıb paylanana qədər, imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər".Adil Əliyev daha sonra seçildiyi dairə ərazisində yaşayan seçicilərinə səslənib: "Əgər Nərimanov rayonu, 20 saylı, 2-ci seçki dairəsinin ərazisində, tanıdığınız imkansız, az təminatlı ailələr varsa, zəhmət olmasa, mənə xəbər verin. Allaha əmanət olun"
 
OnlinePress.az