Yeddi ayda 9,5 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib
14 Avqust, 17:28   |    Baxış sayı: 14

Yeddi ayda 9,5 milyard dollarlıq neft və neft məhsulları ixrac edilib

Yanvar-iyul aylarında Azərbaycandan 19 milyon 554 min 245 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib.

Yeddi ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 9 milyard 541 milyon 342 min ABŞ dolları olub.

Diasporpress.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Xatırladaq ki, ötən ilin 7 ayında ölkədən 16 milyon 658 min 927 ton xam neft ixrac olunmuş, ixrac edilən neftin dəyəri 8 milyard 676 milyon 292 min dollar təşkil etmişdi.
 
Diasporpress.az