Yeni çağırış Ukrayna Ali Radası ilk iş günündə 16 saat iclas keçirib
30 Avqust, 15:25   |    Baxış sayı: 99

Yeni çağırış Ukrayna Ali Radası ilk iş günündə 16 saat iclas keçirib

Ukraynada IX çağırış Ali Radanın ilk iş günü 16 saata yaxın davam edib.

Diasporpress.az Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, parlament üzvləri avqustun 29-da yerli vaxtla saat 10:00-da təntənəli iclasa toplaşıb, and içib və saat 13:00-da kadr və digər məsələlərin müzakirəsinə başlayıb.

Deputatlar avqustun 30-u saat 2:13-ə qədər davam edən iclasda parlamentin yeni rəhbərliyini, Baş Naziri, hökumətin yeni tərkibini, Baş prokuroru, Təhlükəsizlik Xidmətinin rəhbərini təyin edib, həmçinin deputat toxunulmazlığının aradan qaldırılmasını və digər təşəbbüsləri təsdiqləyiblər.

İlkin məlumata əsasən, parlament üzvləri sentyabrın 3-də ikinci iclasa toplaşacaqlar.
 
Diasporpress.az